Marneuli bağçalarında yeni il tətili nə zaman başlayacaq?
Marneuli bələdiyyəsinin uşaq bağçalarında yeni il tətili 29 dekabr tarixində başlayacaq.

Uşaq Bağçaları Birliyinin rəhbəri Zaur Kərəmov bildirib ki, uşaqlar və bağça əməkdaşları üçün tətil müddəti fərqli olacaq. Uşaqlar 15 yanvar tarixindən bağçaya qayıdacaqlar, müəllimlər isə 9 yanvar tarixində işə çıxmalıdırlar.

“Tətil 29 dekabrda başlayır, uşaqlar 15 yanvara qədər dincələcəklər. 9 yanvar tarixində isə əməkdaşlar işə çıxacaqlar”, – Kərəmov bildirib.

Marneuli bələdiyyə miqyasında 11 bağça və 20 məktəbəqədər hazırlıq mərkəzi fəaliyyət göstərir.

Print Email
FaceBook Twitter Google