Uşaq bağçalarında körpələrə 5 lari dəyərində yeni il hədiyyəsi veriləcək
Marneuli bələdiyyəsinin uşaq bağçalarında yeni il hədiyyələri paylanacaq. Uşaq Bağçaları Birliyi hər uşaq üçün 5 lari dəyərində pul ayırıb. Uşaq Bağçaları Birliyinin rəhbəri Zaur Kərəmov “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, hədiyyə səbətində əsasən dəftərxana ləvazimatları olacaq.

“Təxmini deyə bilərəm ki, maska, 12 rəngdə qələm, xətkeş, pozan, rəsm dəftəri olacaq. Ola bilsin yeni il qolbağı da qoyulsun. İndi kiçik formatda kitab axtarırıq, əgər tapa bilsək. Əsasən, inkişaf üçün nəzərdə tutulmuş ləvazimatlar olacaq. Hər uşaq üçün 5 lariyə yaxın pul nəzərdə tutulub”, – Kərəmov bildirib.

Birliyin rəhbərinin sözlərinə görə, hədiyyələri almaq üçün tender elan edilməyəcək və onu birbaşa qaydada alacaqlar. Uşaq bağçalarında hədiyyələr ayın axrına yaxın paylanılacaq.

Marneuli bağçalarında yeni il tətili 29 dekabr tarixindən başlayacaq və 15 yanvar tarixinə qədər davam edəcək.

Print Email
FaceBook Twitter Google