“Gələcəyə doğru uğurlu addım” – Kvemo Bolnisinin gəncləri universitetlər haqqında məlumat paylaşıblar
“Gələcəyə doğru uğurlu addım” – Bolnisi bələdiyyəsinin Kvemo Bolnisi kəndində “Kvemo Kartli regionunda praktiki siyasət məktəbi” layihəsi çərçivəsində həyata keçirilən layihə belə adlanır. Layihənin müəllifi Dinar Əhmədovun sözlərinə görə, gənclərlə Gürcüstandakı universitetlər, peşə məktəbləri və fakültələr haqqında məlumat paylaşıblar. Əhmədov bildirir ki, kənddə yaşayan gənclərlə təhsil müəssisələri haqqında görüşləri universitet məzunları keçiriblər və öz təcrübələrini bölüşüblər.

“Əksəriyyət hansı ixtisasların, təhsil müəssisələrinin olduğu haqqında məlumatı yoxdur. Hər görüşdə yeni məlumatlar əldə edirlər. Hansı universiteti seçəcəkləri barədə kifayət qədər məlumatları yoxdur. Görüşlər Kvemo Bolnisinin icma mərkəzində keçirilirdi. 30-a yaxın gənc qoşulmuşdu, görüşləri çox bəyənirdilər. Keçmiş tələbələri dəvət etmişdik və öz təcrübələri haqqında danışdılar. Gənclər çox maraqla dinləyirdilər və çox sual verirdilər. Bir neçə nəfər artıq hansı universiteti seçəcəyinə qərar verib”, – layihələrdən birinin müəllifi Dinar Əhmədov bildirdi.

Əhmədovun sözlərinə görə, layihə sona yaxınlaşır. Yekun tədbir keçiriləcək və hansısa universiteti ziyarət edəcəklər.

Layihə çərçivəsində Kvemo Kartlinin üç bələdiyyəsindən – Dmanisi, Bolnisi və Qardabanidən olan gənclərə layihə yazmaq, təşviqat kampaniyası keçirmək və müxtəlif məsələlər haqqında təlimlər keçirilib.

Praktiki siyasət məktəbi layihəsi bir il ərzində Kvemo Kartlinin üç bələdiyyəsində Niderland səfirliyinin maliyyə dəstəyi, “Yeni Düşüncə İnstitutu”, “Qafqaz Evi”-nin tərəfdaşlığı ilə həyata keçirilir.

Print Email
FaceBook Twitter Google