Marneuli Uşaq Bağçaları birliyi qida məhsulları almaq üçün ümumi
dəyəri 603 448 lari olan bir neçə tender elan edib.
Uşaq Bağçaları Birliyi məhsulları 2024-cü il üçün alır.
Bələdiyyə təşkilatı ən çox vəsaiti ətin alınmasına xərcləyəcək. Mal
əti və toyuq filesinin alınması üçün 142 275 lari nəzərdə
tutulub.
- Mal əti (sümüklü) – 639 kiloqram
- Mal əti (yumşaq) – 3198 kiloqram
- Toyuq filesi – 5756 kiloqram
Uşaq Bağçaları Birliyi qatılaşdırılmış süd, qaymaq, qatılaşdırılmış
qaymaq, yağ, kəsmik və yumşaq pendirin alınması üçün
108
073 lari nəzərdə tutub.
100 350 lariyə buğda çörəyi, peçenye, şəkər,
kakao, vermişel, makaron, çay, duz, maya və soda alınması
planlaşdırılır.
Qarabaşaq, düyü, kartof, çuğundur, sarımsaq, yerkökü, soğan, lobya,
noxud, kələm, alma və bananın alınması üçün
10 083
lari nəzərdə tutulub.
Marneuli Uşaq Bağçaları Birliyi
30 295 lariyə
keşniş, şüyüd, cəfəri və yumurta alacaq.
Dondurulmuş balıqların alınması üçün
27 289 lari
nəzərdə tutulub - 2558 kiloqram.
71 810 lariyə şəkər konservantları və əlavələri
olmayan meyvə cemləri, tomat pastası və təbii meyvə şirələrinin
alınması planlaşdırılır.
Günəbaxan yağının alınması üçün
12 664 lari
nəzərdə tutulub.
Buğda unu, qarğıdalı unu, manna və yulaf yarmasının alınması üçün
9 758 lari ayrılıb.
Birliyin tenderlərində qalib gələn şirkətlər hələ müəyyən
edilməyib. Marneuli Uşaq Bağçaları Birliyi tenderlərdə qalib
gələnləri müəyyən etdikdən sonra 2024-cü ilin 30 iyun tarixində
qədər Marneulidəki bağçalara ərzaq məhsulları mərhələli şəkildə
veriləcək.
Bu mərhələdə bütün bələdiyyə üzrə 16 uşaq bağçası fəaliyyət
göstərir.