Marneulidə valideynlər məktəbi kursunun yekun görüşü baş tutub
Marneulidə valideynlər məktəbi kursunun yekun görüşü baş tutub. Şaumyan icma təhsil layihəsinin tədbirini “Med-ko” klinikasının direktoru Matsatso Kublaşvili aparırdı.

Şaumyan İcma Təhsil Mərkəzinin rəhbəri Natia Okropiridzenin sözlərinə görə, üç ay ərzində davam edən layihə Marneulili valideynkərə tibb istimqamətində olan problemləri öyrənməyə şərait yaratdı.

“Valideynlər Məktəbi layihəsi “Med-Ko” və Şaumyan İcma Təhsil Mərkəzi tərəfindən Avropa İttifaqı, Ümumi Vətəndaş Hərəkatı Çoxmillətli Gürcüstanın dəstəyi ilə həyata keçirilir. Layihənin məqsədi Marneulidə yaşayan valideynlərin tibbi istiqamətdə məlumatlı olmasıdır. İlkin yardım eləcə də pxisoloji yanaşma istiqamətərində məsələlər müzakirə olundu. Valideynlər ev şəraitində nə etməli olduqlarını öyrəndilər, rəngarəng məsələlər əhatə olunmuşdu. Valideynlər tərəfindən böyük maraq var idi və indi də davam etdirilməsini istəyirlər. Bu layihənin gedişatı zamanı valideynlərin birinin övladında şəkərli diabet aşkarlanıb, bizim kurs həmin valideyn üçün tam vaxtında təşkil olunmuşdu. Bu halda valideyn vaxtında uyğunlaşıb, ölçülər götürəcəkdi. Düşünürəm ki, öyrəndikləri bu məlumat valideynlərə çox lazım olacaq”, – Şaumyan İcma Mərkəzinin rəhbəri Natia Okropiridze bildirib.

Layihə iştirakçısı Mariam Nariaşvili bildirir ki, kurs çərçivəsində əldə etdiyi bilik onun üçün yeni idi və mütləq bu məlumatlardan yararlanacaq.

“İlk növbədə layihə təşkilatçılarına minnətdarlığımı bildirirəm. Biz valideynlərə tibbi istiqamətdə təhsil almaq imkanı verildi. Valideynlər üçün ən əsas olan təhsildirki, övladları sağlam olsun. Biz genetik xəstəlikləri öyrənirdik, ilkin yardım kursu keçdik, viruslar və peyvəndlər haqqında danışıldı. İndiyə qəər bilmədiyim çox şey öyrəndim”, – valideyn deyir.

Natia Okropiridzenin sözlərinə görə, gələcəkdə bu kimi kursların valideynlərə yenidən təklif edilməsini istəyirlər. Valideynlər məktəbinin iştirakçılarına tədbirin sonunda sertifikat verilib.

Print Email
FaceBook Twitter Google