Tofiq Əkbərov Marneuli bələdiyyəsinin Təzəkənd ictimai məktəbinin
direktor səlahiyyətlərinin icraçısı vəzifəsinə təyin olunub.
Marneuli Təhsil Resurs Mərkəzin rəhbəri Əli Qəhrəmanov bu barədə
məlumatı təsdiq etdi və bildirdi ki, Əkbərov məktəbin müvəqqəti
rəhbəri olaraq təyin olunub.
“İndiyə kimi direktorun səlahiyyətlərini direktor
müavini icra edirdi. Tofiq Təhsil Nazirliyində müsahibə
mərhələsindən keçib və müvəqqəti olaraq səlahiyyətlərin icraçısı
vəzifəsinə təyin olunub. Uzun zamandır, bu məktəbdə idman müəllimi
olaraq işləyirdi”, – Qəhrəmanov bildirdi.
Marneuli bələdiyyəsində 74 ictimai məktəb fəaliyyət göstərir.
Buradan yalnız 8 məktəbin direktoru var, 66 məktəbdə isə bu
vəzifəni səlahiyyətlərin icraçısı həyata keçirir. Direktor
vəzifəsini tutmaq üçün imtahan vermək və müsahibə mərhələsindən
keçmək lazımdır. Səlahiyyətlərin icraçısı təyin edilmiş Tofiq
Əkbərov bir neçə gündür ki, “Marneuli” radiosunun zənglərinə cavab
vermir. Ona görə də səlahiyyətlərin icraçısı vəzifəsindən direktor
vəzifəsinə qədər getməyi düşünüb-düşünmədi məlum deyil.
Direktorluğa namizədlərin qeydiyyatına 2024-cü ilin 19 fevral
tarixindən başlanılıb və qeydiyyat 29 fevral tarixində başa
çatacaq.
İmtahan nazirin fərdi inzibati-hüquqi aktı ilə müəyyən edilmiş
qayda və şərtlərə uyğun olaraq Təhsilin İdarəedilməsi İnformasiya
Sistemi tərəfindən həyata keçirilir. İmtahandan keçmək üçün nazirin
fərdi inzibati-hüquqi aktı ilə müəyyən edilmiş minimum həddi keçən
namizədlər müsahibəyə buraxılacaq.