2023-2024-cü tədris ilinin 1-ci semestr üçün təhsil haqqının
ödənməsi ilə bağlı Azərbaycan
Dövlət Neft Şirkəti “SOCAR”a müraciətlərin qəbuluna 1 mart
tarixində başlanılacaq və 10 mart tarixinə qədər davam edəcək.
Qeyd edək ki, “SOCAR” 2022-2023-cü tədris ilinə qədər, balı orta
hesabla 61 olan tələbələrin təhsil haqqını ödəyəcək. 2022-2023-cü
tədris ili də daxil olmaqla sonrakı illərdə qəbul
olan tələbələrin
orta balı ən az 81 olmalıdır.
Nəzərinizə çatdırırıq ki, müraciət formasını yuxarıda qeyd olunan
şərtlərə cavab verən tələbələr doldura bilərlər.
Müraciətlər hər semestrin yekununda açılır və internet saytında
qeydiyyatdan keçmiş, eyni zamanda müəyyən olunmuş balı topladıqda
ödəniş həyata keçirilir.
Aşağıda qeydiyyatdan keçmək üçün lazım olan məlumatları sizə təqdim
edirik:
- Şəxsi məlumatlar
- Ailə məlumatları
- Təhsil
- İş təcrübəsi
- Əlavə bilik və bacarıqlar
Gürcüstan ali təhsil müəssisələrində oxuyan tələbələr
müraciətlərini qeyd olunan keçiddən istifadə edərək
https://myscholarship.ge/ elektron
formada həyata keçirə bilirlər.
Xatırladaq ki, Azərbaycan Dövlət Neft Şirkəti “SOCAR” 2008-2009-cu
tədris ilindən etibarən “1+4” proqramı üzrə təhsil alan etnik
azərbaycanlı tələbələrin təhsil haqlarını ödəyir.