Baş nazir İrakli Kobaxidze hökumətin iclasında bildirib ki,
ödənişli staj haqqında qanunun tətbiqinə bu ildən pilot rejimdə
başlanılacaq.
Kobaxidzenin sözlərinə görə, bu il ən azı iki-üç min ali məktəb
məzunu dövlət strukturlarında ən azı dörd aylıq ödənişli təcrübə
keçməlidir.
“Bundan başqa, bələdiyyələr və özəl sektorla əməkdaşlıq əsasında
gənclərə bələdiyyə və özəl strukturlarda ödənişli təcrübə keçmək
imkanı yaradılmalıdır. Təhsil nazirindən xahiş edərdim ki, maliyyə
naziri ilə razılaşdırmaqla hökumətin növbəti iclası üçün müfəssəl
plan təqdim etsin ki, bu plan əsasında gənclər, məzunlar həm dövlət
strukturlarında, həm də bələdiyyələrdə, eləcə də əməkdaşlığa
əsaslanan özəl sektorda ödənişli təcrübə keçməklərinə dəstək
olacaq”, - deyə İrakli Kobaxidze bildirib.