Tanınmış türk sənətkar DJ Mahmud Orxan Tbilisiyə gəlir
15:16 / 27.02.2024
Tanınmış türk sənətkar DJ Mahmud Orxan Tbilisiyə gəlir.
O, ilk dəfə instrumental əsəri olan "Age of Emotions" ilə tanınıb.
Orxan “Bayatı-Şiraz” muğamına öz elektron musiqi alətində yeni
nəfəs verib.
Mahmud Orxanın ən uğurlu əsərləri: "Feel", "Six Days", "Game of
Thrones Remix" mahnıları onun böyük məhşurluq qazanmasına və
beynəlxalq elektron musiqi səhnəsində layiqli yer tutmasına səbəb
olub.
Qeyd edək ki, 28 iyun tarixində saat 22:00-da “Spacehall” tısbağa
gölündə “Mono Hall” və “Boom Boom Booking Agency”-nin birgə
təşkilatçılığı ilə tanınmış türk artist Mahmud Orxan konsert
verəcək.