Ölkə üzrə 134 dövlət məktəbi var ki, orada yalnız bir namizəd
vakant direktor vəzifəsi üçün müraciət edib.
Bundan əlavə, ölkə üzrə 18 məktəb var ki, orada heç bir namizəd
direktor olmaq arzusunu bildirməyib və vakant yerə ərizə
verilməyib.
Dövlət məktəbinin Qəyyumlar Şurasına təqdim
olunması üçün
direktorluğa namizədin elektron qeydiyyatı martın 2-də başa
çatıb.
Ölkə üzrə 1220 məktəbdə direktor vəzifəsi vakantdır.
Məlumat üçün bildirək ki, ölkədə 2086 dövlət məktəbi fəaliyyət
göstərir.