Tbilisi meriyasında bələdiyyə hökumətinin iclasının əvvəlində
mer Kaxa Kaladze bu gündən, martın 6-dan tələbələrin maliyyələşmə
üçün müraciətlərinin qəbul olunacağını açıqlayıb.
2023-2024-cü tədris ilinin yaz semestrinin təhsil haqlarının
maliyyələşdirilməsi üçün paytaxtda qeydiyyatda olan sosial cəhətdən
aztəminatlı, çoxuşaqlı ailə üzvləri və sağlamlıq imkanları məhdud
tələbələr Tbilisi meriyasına müraciət edə bilərlər.
“Tbilisi Bələdiyyəsi ərazisində qeydiyyatda olan,
bakalavr, magistratura və ya doktoranturanın akademik səviyyəsində
təhsil alan, fəal tələbə statusuna malik olan və çoxuşaqlı ailənin
üzvü olan şəxslər maliyyələşdiriləcək; Onlar sosial cəhətdən həssas
ailələrin vahid bazasındadırlar və ya əlil statusuna
malikdirlər”, - deyə Kaxa Kaladze bildirib.
Tbilisi merinin izah etdiyi kimi, veriləcək maliyyənin məbləği
tələbənin əvvəlki semestrdə keçdiyi fənlər üzrə topladığı
qiymətlərin orta arifmetik balından asılıdır. Tələbələr semestr
məbləği daxilində 50%, 70% və ya 100% maliyyələşdirmə ala bilərlər
(1 125 laridən çox olmamaq şərtilə).
Kaxa Kaladzenin sözlərinə görə, ərizələrin qəbulu mayın 31-dək
davam edəcək. Ətraflı məlumat üçün maraqlı şəxslər Tbilisi
meriyasının internet saytına - www.tbilisi.gov.ge-ə müraciət
etməlidirlər.