Marneuli 3 saylı uşaq bağçasında günəş panelləri quraşdırılıb
Marneuli şəhər 3 saylı uşaq bağçasında 42 kvt-lıq günəş panelləri quraşdırılıb. Marneuli meriyası tərəfindən yayımlanmış məlumata görə, uşaq bağçasında günəş panelləri Marneuli bələdiyyəsi və Polşanın Qmina Kobilnitsa şəhəri arasında bağlanmış əməkdaşlıq memorandumu çərçivəsində quraşdırılıb.

“Günəş elektrik sisteminin yoxlanılması artıq başa çatıb və stansiya fəaliyyət göstərir.

Günəş elektrik sisteminin quraşdırılması Polşa tərəfinin sifarişi ilə “PR Global” tərəfindən həyata
keçirilib. “PR Global” yenilənən enerji sektorunda beynəlxalq səviyyəli operatordur”,
– meriyanın məlumatında qeyd olunub.

Günəş panellərinin quraşdırılması layihəsinin dəyəri 26 680 avrodur və vəsait tamamilə Qmina Kobilnitsa yerli özünüidarəsi tərəfindən ödənib.

Marneuli yerli özünüidarəsi məlumatda layihənin həyata keçirilməsinə görə Qmina Kobilnitsaya minnətdarlığını bildirir və qeyd edir ki, Marneuli bələdiyyəsinin meri Kənan Ömərov, Bələdiyyə Məclisinin sədri Amiran Qiorqadze, Marneuli bələdiyyəsi merinin müavini Temur Şubitidze, Bələdiyyə Məclisinin sədr müavini Riçard Qiqani, Marneulinin Uşaq Bağçaları Birliyinin rəhbər şəxsləri günəş panellərinə baxış keçiriblər.

Print Email
FaceBook Twitter Google