Direktor vəzifəsinə namizədlərin elektron qeydiyyatı başa çatıb.
Təhsil Nazirliyinin saytında dərc olunmuş məlumata görə, Marneuli
üzrə 66 dövlət məktəbində direktor vəzifəsi boşdur.
Ən çox namizəd Marneuli şəhərinin 8 saylı məktəbində qeydə alınıb.
Qeyd olunan təhsil müəssisəsində direktor vəzifəsinə 17 namizəd
var. Araflı kənd ictimai məktəbində 11 namizəd, Lejbəddin ictimai
məktəbində isə 10 namizəd qeydə alınıb. Keşəli, Kürtlər ictimai
məktəblərində də eyni sayda namizəd qeydə alınıb. Sabirkənd 1 saylı
ictimai məktəbinin 9 namizədi var.
Siyahıya rəqibsiz məktəblər də daxildir. Xuldərə kənd ictimai
məktəbi və Opreti ictimai məktəbində bir namizəd qeydə alınıb.
Marneuli məktəblərinin tam siyahısını və namizədlərin sayını sizə
təqdim edirik:
Marneulidə 74 ictimai məktəb var. Marneuli Təhsil Resurs
Mərkəzindən bildirirlər ki, bütün bələdiyyə üzrə 8 məktəbin
direktoru var. İndiki mərhələdə digər təhsil müəssisələri
səlahiyyətin icraçıları tərəfindən idarə olunur.
Məktəb direktoru vəzifəsinə namizədlər üçün imtahanı 10 mart
tarixində keçiriləcək.
Qeyd edək ki, direktorlar imtahanı qapalı şəkildə keçirilir və
imtahana əsasən direktor vəzifəsinə namizədə test imtahanı, yalnız
bir müsahibədən keçmək imkanı veriləcək.