İmir kəndinin 59 saylı seçki məntəqəsində Birləşmiş Müxalifətin
namizədi Qriqol Vaşadze 291 səsələ ən çox səs sayı toplayıb.
“Gürcü Arzusu” tərəfindən dəstəklənən müstqəil namizəd Salome
Zurabişvili isə - 222 səs toplayıb.
59 saylı məntəqədə Birləşmiş Müxalifətlə Gürcü Arzusunun
aktivistləri arasında qarşıdurma baş verib. Müşahidəçilər
tərəfindən patrul çağırılıb.
Baş verən faktla bağlı CM-nin 162-ci maddəsinin birinci
hissəsi ilə istintaq başlayıb. Maddə səsvermə məntəqəsində seçki
komissiyasının yerləşdiyi yerdə və ya ətraf ərazidə zorakılığı
nəzərdə tutur.
MSK-nın məlumatına görə Marneulinin nəticələri məlumdur. 90
məntəqədən səslər hesablanıb və MSK-nın veb səhifəsində
yerləşdirilib. Nəticələrə əsasən Salome Zurabişvili Marneulidə
qalib gəlib / ikinci yerə isə Qriqol Vaşadze çıxıb. Üçüncü yerdə
Davit Bakradzedir.
MSK-nın nəticələri belədir: Salome Zurabişvili (- 47.79% (16 884
səs), Qriqol Vaşadze - 39.05% (13 796 səs), Davit Bakradze - 10.48%
(3 702 səs).
Mövzu ilə bağlı digər
xəbərlər:
Birləşmiş müxalifətin
dediyinə görə, Mamuka Naveriani seçkilərin gedişini koordinasiya
edir
Mamuka Naverianinin dediyinə
görə, müxalifət seçki məntəqələrində təxribat yaradır