Gürcüstan ərazisində yağış yağacağı gözlənilir
Milli Ətraf Mühit Agentliyinin məlumatına görə, sentyabrın 11-də Gürcüstanda hava şəraitinin əsasən yağmursuz keçəcəyi, sentyabrın 12-13-də Şərqi Gürcüstanda bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Milli Ekologiya Agentliyinin yaydığı məlumata görə, sentyabrın 11-də və 13-də Tbilisidə yağmursuz hava şəraiti, sentyabrın 12-də isə yağış yağacağı gözlənilir. Havanın temperaturu gündüz +20, +22 dərəcə təşkil edəcək.

“Sahil rayonlarında (Batumi, Kobuleti, Poti): sentyabrın 11-12-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, sentyabrın 13-də şimşək çaxacaq qısamüddətli yağış yağacağı gözlənilir. Gün ərzində havanın temperaturu +23, +25 dərəcə təşkil edəcək. Qərbi Gürcüstanın aran rayonlarında (Kutaisi, Zuqdidi, Martvili, Ozurqeti) sentyabrın 11-12-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, sentyabrın 13-də qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Gün ərzində havanın temperaturu +24, +26 dərəcə təşkil edəcək. Qərbi Gürcüstanın dağlıq rayonlarında (Ambrolauri, Oni, Tsageri, Şovi, Çiatura, Saçxere, Xulo) sentyabrın 11-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, sentyabrın 12-13-də arabir qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Gün ərzində havanın temperaturu +20, +22 dərəcə təşkil edəcək. Qərbi Gürcüstanın dağlıq rayonlarında (Mestia, Baxmaro) sentyabrın 11-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, sentyabrın 12-13-də şimşək çaxacaq qısamüddətli yağış yağacağı gözlənilir. Gün ərzində havanın temperaturu +14, +16 dərəcə təşkil edəcək.

Kartlidə (Rustavi, Bolnisi, Marneuli, Qardabani, Qori, Sxinvali) sentyabrın 11 və 13-də gün ərzində yağıntısız keçəcək, sentyabrın 12-də yağış yağacağı gözlənilir. Gün ərzində havanın temperaturu +20, +22 dərəcə təşkil edir. Kaxetidə (Saqareco, Telavi, Qurcaani, Siğnaği, Laqodexi, Kvareli, Axmeta, Dedoplistskaro) sentyabrın 11-də və 13-də hava şəraitinin yağmursuz keçəcəyi, sentyabrın 12-də arabir yağış yağacağı, dolu düşəcəyi gözlənilir. Gün ərzində havanın temperaturu +20, +22 dərəcə təşkil edir. Şərqi Gürcüstanın dağlıq rayonlarında (Axalsixe, Borjomi, Duşeti, Tianeti, Fasanauri) sentyabrın 11-də hava şəraitinin yağmursuz keçəcəyi, sentyabrın 12-13-də arabir yağış yağacağı gözlənilir. Gün ərzində havanın temperaturu +18, +20 dərəcə təşkil edəcək. Şərqi Gürcüstanın dağlıq rayonlarında (Axalkalaki, Tsalka, Bakuriani, Qudauri, Omalo) sentyabrın 11-də hava şəraitinin yağmursuz keçəcəyi, sentyabrın 12-13-də arabir yağış yağacağı gözlənilir. Havanın temperaturu gündüz +12, +14 dərəcə təşkil edəcək”,
- məlumatda deyilir.

Print Email
FaceBook Twitter Google