Parlamentin Hüquq məsələləri komitəsinin iclasında “Agentlər haqqında qanun”
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, bu gün, mayın
13-də Parlament yaxınlığında İnzibati Xətalar Məcəlləsinin 166 və
173-cü maddələri ilə polis əməkdaşları tərəfindən 20 nəfər
saxlanılıb. Bu maddələrdə xırda xuliqanlıq və polisin tələblərinə
tabe olmamaqdan bəhs edilir.
Daxili İşlər Nazirliyinin məlumatına görə, saxlanılan şəxslərdən
3-ü xarici ölkə vətəndaşları, yəni 2002-ci il təvəllüdlü Rusiya
Federasiyası vətəndaşı Q.B., habelə 1995-ci il təvəllüdlü Amerika
Birləşmiş Ştatlarının vətəndaşı P.H.. və adını açıqlamaqdan imtina
edən və ABŞ-ın Gürcüstandakı səfirliyi ilə əlaqə saxlamağı xahiş
edən eyni ölkənin daha bir vətəndaşı da var.
Agentliyin məlumatına görə, artıq bu şəxslərin saxlanılması barədə
Amerika Birləşmiş Ştatlarının və İsveçrə Konfederasiyasının
səfirlikləri məlumatlandırılıb.