Sərnişin avtobuslarının hərəkət vaxtı hələlik yalnız Marneulidə artırılıb
Marneuli şəhərində sərnişinlərin daşınması saat 20:00-dək davam edəcək. Marneuli bələdiyyəsinin rəsmi facebook səhifəsində paylaşılmış məlumatda qeyd olunub ki, Marneulidə Qızılhacılı-dəmiryolu keçidi xətt üzrə hərəkət edən 3 saylı avtobus axşam saat səkkizədək hərəkət edəcək.

Meriyanın məlumatında o da deyilir ki, Marneuli meri Temur Abazovun qərarına əsasən ilkin mərhələdə nəqliyyat xidmətinin qrafikinin artırılması yalnız Marneuli şəhərinə aiddir. Bununla belə yaxın gələcəkdə digər marşrutlar üzrə hərəkət edən nəqliyyatların vaxtının artırılması da planlaşdırılır.

Marneuli bələdiyyəsində sərnişindaşıma həm bələdiyyəyə aid avtobuslarla, həm də şəxsi mikroavtobuslarla həyata keçirilir.
Print Email
FaceBook Twitter Google