Turistlər Marneulidən əsasən sərhəddi keçmək üçün istifadə edirlər
Bu gün, 20 aprel tarixində Marneuli meriyasında bələdiyyənin turizm resurslarının inkişafı məqsədilə görüş keçirildi. Görüşdə Marneuli meriyasının mədəniyyət xidmətinin nümayəndəsi Elquca Kupatadze rayonun mədəni-irsi abidələrini iştirakçılara təqdim etdi və qeyd etdi ki, Marneuli turist axını baxımından 2016-cı ilin göstəricilərinə əsasən Gürcüstanda üçüncü yerdədir, lakin burada qalmaq baxımından vəziyyət ürəkaçan deyil.

“Qeyd edim ki, son illər ərzində Marneuli ənənəvi olaraq yaşam sürür. Əsas ənənvi bayramlar Alilo, 26 may, Novruz bayramıdır. 2015-ci ildə biz Marneuli bələdiyyəsində 108 mədəni abidə qeydə aldıq və 80 faizinə abidə status verildi” -deyə Elquca Kupatadze bildirdi.

Təqdimat başa çatdıqdan sonra görüşdə iştirak edən Qeyri hökumət təşkilatları nümayəndələri görüş iştirakçılarını turistləri otellərdə və ya “Qest haus”larda (Guest House) yerləşdirəcək turizm obyektlərinin sayının necə artırıla biləcəyi barədə məlumatla tanış etdilər.

Layihə USAİD-in maliyyə dəstəyi ilə həyata keçirilir. Layihənin bir neçə istiqaməti var ki, bunlardan da biri turizmdir. “Yaradıcı inkişaf mərkəzi” təşkilatının direktoru Davit Merulaşvili deyir ki, birbaşa təlimlərin keçirilməsinə may ayında başlanılacaq. Layihə 10 bələdiyyəni və 5 bölgəni, o cümlədən Marneulini əhatə edir.

“Bizim işimiz ona görə vacibdir ki, hər bi şəxsə kömək edirik. Gələcəkdə biznes və başlayanlar və yaxud maraqlananlar hamısına kömək edirik. Konkret yer, müəssisə və ya otaq necə ayrılmalıdır. Beynəlxalq platformalarda necə qeydiyyatdan keçməlidirlər. Mətn necə yazılmalıdır ki, turistləri cəlb edək və ya gələcəkdə biznesi necə kapitala çevirə bilərlər” – deyə Davit Merulaşvili bildirdi.

Aram Akopyan layihənin Marneuli rayonu üzrə mentorudur. O, qeyd edir ki, Marneulidə turizm baxımından əhəmiyyətli olan resursların istifadəsi barədə sakinləri məlumatlandırmaq çox mühümdür.

“Potensial çoxdur ancaq xalq az maraqlanır. Düşünürəm qoşmalıyıq və əhaliyə məlumat verməliyik. Turzmin necə qəbul olunmasını başa salmalıyıq və regionda bunu inkişaf etdirməliyik” – deyə Aram Akopyan bildirdi.

Görüşdə Marneuli meriyasının əməkdaşları, müxtəlif qeyri hökumət təşkilatlarının nümayəndələri və digər maraqlanan şəxslər iştirak edirdilər.

Print Email
FaceBook Twitter Google