Əgər meriya alternativ sahə taparsa 1 may tarixindən küçə ticarətçiləri cərimələnməyəcək
Marneuli meriyası küçə ticarəti üçün alternativ sahənin tapılması üzərində çalışır. Bu haqda məlumat Marneuli meriyasının rəsmi veb-səhifəsində yayımlanıb.

Marneuli-Sadaxlı avtomagistralındakı küçə ticarətçiləri ilə Marneuli meri və müavinlərinin növbəti görüşü bir neçə gün əvvəl baş tutub. Marneuli Radiosuna müsahibəsi zamanı Temur Abazov bildirib ki, meriya alternativ sahənin tapılması üzərində çalışır.

"Onlarla söhbət etdikdən sonra biz bir neçə variant axtardıq. Yuxarı orqana təklif edəcəyik. Əgər onlardan qanun çərçivəsində izin olarsa biz bunu mütləq edəcəyik" – Marneuli meri Temur Abazov bildirdi.

Temur abazov həmçinin qeyd edib ki, alternativ sahənin tapılması halında müvafiq infrastrukturun qurulmasına qədər küçə ticarətçiləri cərimələnməyəcək. Digər hallarda isə onlar veriliş müddət keçdikdən sonra, qeyd olunan ərazini tərk edəcəklər. Onlara ayın sonuna qədər vaxt verilib.
Xatırladaq ki, Marneulidə küçə ticarətinin qadağan olunması haqqında bəyənat Temur Abazovun rəsmi veb-səhifəsində 9 mart tarixində video vasitəsilə yayımlandı. Mer qanunsuz küçə ticarətinin qadağan olunmasını önəmli hesab edib və və qeyd edib ki, bunların hamısı bir növ təhlükə daşıyır, digər tərəfdən isə Marneulinin görünüşünü pozur.

Həmin mövzunun müzakirəsi isə 12 mart tarixində Marneuli meriyasında səs-küy fonunda gedirdi. Görüşdə narazı küçə ticarətçiləri və Avropalı Gürcüstanın üzvü Əhməd İmamquliyev iştirak edirdi. Abazov küçə ticarətçilərinə verilmiş bir aylıq müddəti yetərli hesab edirdi, amma İmamquliyev bunun əksini qeyd edirdi və ticarətçilərə daha çox vaxt verilməsini tələb edirdi. Ancaq Abazovun qərarı dəyişmədi.

Print Email
FaceBook Twitter Google