Küçə ticarətçiləri mağazaların yolunu bağlayırlar
Marneuli bazarına gedən zaman Sulxan Saba Orbeliani və Ağamaşenebeli küçələrində avtomobillərin tıxacı ilə qarşılaşırsan. Həmin küçə ilə hərəkət etməkdə çətinlik çəkirsən. Tıxacın yaranmasına səbəb isə həmin küçələr boyunca küçə ticarəti ilə məşğul olan satıcılarıdır. Onlar yol kənarı boyunca kənd təsərüffatı məhsulları satırlar.

Marneuli bazarında fəaliyyət göstərən ticarət obyektlərin sahiblərinin sözlərinə görə, küçə ticarəti ilə məşğul olan satıcılar onların işinə mane olurlar. Sahibkarlar onu da bildirdilər ki, küçə ticarəti ilə məşğul olan satıcıların bazar ərazisinə köçürülməsi üçün Marneuli meriyasına ərizə ilə müraciət ediblər.



Küçə ticarəti ilə məşğul olan satıcılar arasında öz məhsullarını bazar ərazisi olduğu halda nəyə görə yol kənarında satdıqları ilə bağlı sorğu keçirdik. Onlar bildirdilər ki, bazarda vergi yüksək olduğundan burada satmaq onlar üçün daha əlverişlidir.



Bazar ərazisində fəaliyyət göstərən sahibkarlar meriyaya ərizə təqdim ediblər və indi onlar ərizəyə cavab gözləyirlər. Qaydaya əsasən ərizəyə 10 iş günü ərzində cavab verilməlidir.

Print Email
FaceBook Twitter Google