Meriya itlər üçün sığınacaqla bağlı ləğv olunmuş tenderi yenidən eyni şərtlərlə elan etdi
Marneuli bələdiyəsi itlər üçün sığınacaqla bağlı yenidən tender elan etdi.
Bələdiyyə tender şərtlərini dəyişdirməyib və xidmət üçün yenə 16 949 lari nəzərdə tutulub.

16 949 lari ilə bələdiyyə 242 itin sığınacağa aparılması, ehtiyac olduğu halda evtanaziyası və heyvanlar üçün ayırılmış yerdə basdırılmasını tələb edir. Əvvəlki tender isə heyvan müdafiəçilərinin dəyərləndirmələrinə görə, məhz məbləğin azlığına görə ləğv olunmuşdu.

Gürcüstan Heyvanların Müdafiəsi Federasiyasının nümayəndəsi Temur Laçkepianinin dediyinə görə, 1 itə xidmət göstərilməsi üçün 70 lari çox azdır və əgər kimsə belə tenderdə iştirak edərsə, işləri insafsız şəkildə yerinə yetirməli olacaqlar.
Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər
“Bizə məktəbdən bildirdilər ki, 29 aprel tarixində
Tbilisidə keçirilən aksiyaya gediləcək”, - Bu barədə
kimliyinin gizli qalmasını istəyən Marneulinin kəndlərindən birində
işləyən müəllim bildirdi.
16:53 / 26.04.2024