İctimai məlumata cavab olaraq meriya vətəndaşı Dövlət Alqı-satqı Agentliyinin veb səhifəsinə istiqamətləndirdi

“Ətraflı məlumat üçün Dövlət Satınalma Agentliyinin rəsmi veb-səhifəsinə nəzər yetirin”.

Ramal Əhmədovun Marneuli meriyasından tələb etdiyi ictimai məlumata məhz belə cavab verilib.

Ramal Marneuli meriyasına rəsmi ərizə ilə 10 iyul tarixində müraciət edib. Məəktubda vətəndaş Marneuli şəhəri, Şərifov küçəsində yerləşən futbol meydançası ilə bağlı məlumat tələb edirdi. Konkret olaraq o, stadionun kim tərəfindən təmir olunduğu və nə qədər vəsait xərcləndiyi barədə məlumat almaq istəyirdi.

16 iyul tarixində meriyadan Ramalın ərizəsinə cavab verilib. Cavab məktubunda qeyd olunub ki, vətəndaş Bakı və Şərifov küçələri arasında yerləşən stadionun hasarlanması işləri ilə bağlı ətraflı məlumatı Dövlət Satınalma Agentliyinin rəsmi veb-səhifəsindən ala bilər.

Ramal Əhmədov “Marneuli” radiosu ilə söhbəti zamanı qeyd etdi ki, meriya onun sualına cavab vermək əvəzinə yalnız Dövlət Satınalma Agentliyinin rəsmi veb-səhifəsinə daxil olmağı məsləhət görərkən ən azından məlumat ala biləcəyi veb-səhifənin ünvanı məktubda qeyd edilə bilərdi.

Marneuli meriyasının İnzibati Xidmətinin rəhbəri Nino Dekanoidze bizimlə söhbəti zamanı bildirdi ki, qeyd olunan stadionla bağlı bütün növ sənədlər Dövlət Satınalma Agentliyinin rəsmi veb-səhifəsinə yüklənib və onlar da vətəndaşa cavab vermək üçün həmin ünvandan almalı idilər. Meriyanın müvafiq xidməti isə məhz buna görə bu formada cavab yazıb.

Gürcüstan Ümumi İnzibati Məcəlləsinin 40-cı maddəsinin 3-cü hissəsinə əsasən ictimai məlumatın öncədən yayımlanmış olması ictimai müəssisəni həmin və ya başqa ictimai məlumatın tələb olunması halında müəyyən olunmuş qaydada cavab vermək məsuliyyətindən azad etmir.

 

 

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər
“Bizə məktəbdən bildirdilər ki, 29 aprel tarixində
Tbilisidə keçirilən aksiyaya gediləcək”, - Bu barədə
kimliyinin gizli qalmasını istəyən Marneulinin kəndlərindən birində
işləyən müəllim bildirdi.
16:53 / 26.04.2024