Saimerloda İkinci Dünya Müharibəsi Memorialını 8 aydan artıqdır ki, ağac saxlayır
Saimerloda İkinci Dünya Müharibəsinə həsr olunmuş memorial 8 aydan artıqdır ki, ağaca söykənmiş vəziyyətdə durur.
Memorialı ilk yerindən uşaq bağçasının tikintisinə görə götürüblər.

Bağçanın tikintisi bu gün, 10 dekabr tarixində tamamlanmalı idi. Marneuli meriyasından bildirirlər ki, memorial yeni bağçanın tikintisi başa çatdıqdan sonra bağçanın qarşısında qoyulacaq.

Bağçanın tikinti işləri isə hələ tamamlanmayıb. Buna görə də İkinci Dünya Müharibəsi memorialının nə vaxt qoyulacağı və aylardır iki ədəd iri daş plitələrin söykəndiyi ağacın nə vaxt “dincələcəyi” hələ məlum deyil.



Print Email
FaceBook Twitter Google