"Aversi" klinikasında 5 yaşlı uşağın donuz qripinə yoluxması halını təsdiq etmirlər
"Aversi" klinikasında 5 yaşlı uşağın donuz qripinə yoluxması halını təsdiq etmirlər.
Azərbaycan dilli nəşriyyat Report.az öz müxbirinə istinadən yazır ki, 5 yaşlı uşaq "Aversi" klinikasına yerləşdirilib və H1N1 virusuna yoluxub.

"Marneuli" radiosu ilə söhbətində "Aversi" klinikasından izah edirlər ki, oxşar hall onların tibbi müəssisəsində qeydə alınmayıb. "Marneuli Geo Hospitals" klinikasından da eynisini bildirirlər.

Hazırda Marneulidə H1N1 virusuna iki nəfərin yoluxması halını təsdiq edirlər.

Xatırladaq ki, bu günə qədər Gürcüstanda “donuz qripi” virusundan ölənlərin sayı 17 nəfərə çatıb.

Print Email
FaceBook Twitter Google