Marneulidə 2000-ci il təvəllüdlü yeniyetmənin intihar etdiyi güman olunur (YENİLƏNİB)
Marneulidə
2000-ci il təvəllüdlü yeniyetmənin intihar etdiyi güman
olunur.
Hadisə ötən gün, 14 fevral tarixində baş
verib.
Qonşuların dediyinə görə, yeniyetmə özünü həyətlərindəki maşın
qarajında asıb. İntiharın səbəbləri məlum deyil.
Jurnalistmiz dünyasını dəyişən yenitmənin yaşadığı evdə olub.
Qonşularla söhbət zamanı onlar bildiriblər ki, uşaq sakit və
tərbiyəli biri olub. Yeniyetmə evə qapalı biri olub və gün ərzində
evdə öz ailəsinə kömək edirmiş.
Onu da qeyd ediblər ki, dünyasını dəyişən gənc gün ərzində
internetdən mütamadi olaraq istifadə edirmiş və o, həyətdə idman
etmək üçün alət düzəltmək istəyirmiş.
Onlar qeyd ediblər ki, intihara nəyin səbəb olduğundan
xəbərsizdilər.
Qeyd edək ki, hadisə zamanı yeniyetmənin ailə üzvləri evdə olmayıb
və o, evdə tək olub. Yas mərasiminə getmiş anası və nənəsi evə
qayıdan zaman onu ölmüş vəziyyətdə tapıblar. Yeniyetmənin bir
bacısı və bir qardaşı var. O, evin kiçik övladı olub.
Hadisə yerinə təcili yardım çağırılıb. Mərhumun cənazəsi ekspertiza
olunmaq üçün Rustaviyə aparılıb.
Daxili İşlər Nazirliyindən "Marneuli" radiosuna verilmiş məlumata
görə, hadisə ilə bağlı Cinayət Məcəlləsinin özünü öldürmə həddinə
çatdırmanı nəzərdə tutan 115-ci maddəsi ilə istintaq başlayıb.