Oturacaqlar, ağaclar, uşaq atraksionları və zibil qutuları olmayan 11 773 larilik park
Yerli özünüidarə Marneuli bələdiyyəsinin Norqiuli kəndində “parkı” 2014-cü ildə yaradıb. İşlərin tamamlanması ilə bağlı sənəddən aydın olur ki, “parkın” yaradılmasına “Kəndlərə Dəstək Proqramı” çərçivəsində kənd sakinləri qərar veriblər.

Ərazinin tullantılardan təmizlənməsi, hasarlanması, yaşıl ot örtüyünün salınması və 4 ədəd zibil qutusunun qoyulması – bunlar “Ay-ten” şirkətinin meriya ilə 25 sentyabr 2013-cü ildə bağladığı müqavilə əsasında gördüyü işlərdir.

Marneuli meriyası qeyd olunan işlərin görülməsi üçün ümumilikdə 11 773 lari, 18 tetri xərcləyib.

Paark salınıb, açılışı olub və işlərin tamamlanmasından sonra burada yalnız hasar və piyada cığırlarının izləri qalıb.

Düzdür, artıq “parkın” ərazisində tullantılar tökülmür, lakin insanların bu yeri rahatlaşmaq, istirahət etmək və vaxt keçirmək üçün istifadə etmədikləri fakt olaraq qalır.

Marneuli meriyası tərəfindən təqdim olunmuş məlumata əsasən Marneuli bələdiyyəsində olan parkların baxımı-qorunması monitorinqini Marneuli meriyası həyata keçirir.

Özünüidarəetmədən bizə cavab vermirlər ki, Marneuli meriyası Norgül kəndindəki “parkda” hansı növ monitorinq aparıb və həmin məkanın yenidənqurması və həqiqi park olaraq düzəldilməsi planlaşdırılırmı – bu haqda məlumat almaq üçün yazılı müraciət etməmimiz tələb etdilər.

Print Email
FaceBook Twitter Google