Meriya Novruz bayramı ilə əlaqədar 4 binanın təmizlənməsinə 3950 lari ödəyib

Marneuli meriyası Novruz bayramı ilə əlaqədar təmizlik işlərinə 3 950 lari ödəyib.

Bələdiyyə 4 binanın təmizlənməsini sadələşdirilmiş qaydada həyata keçirib. Bunun üçün fərdi sahibkar Rahib Nəsibovla müqavilə bağlayıb. Sadələşdirilmiş müqaviləyə əsasən bayram üçün meriya binası, Mədəniyyət Evi, Kitabxana və onun ərazisindəki binalar təmizlənəcək.

"Bildiyiniz kimi, Novruz bayramı ilə əlaqədar Marneuli bələdiyyə meriyasının binası, Mədəniyyət Evi, Kitabxana və onun ərazisində yerləşən bina təmizlənməlidir. Xahiş edirik, müvafiq xidmətə xərclərlə əlaqədar tədbirlərin qanunvericiliklə nəzərdə tutulmuş qaydada təmin edilməsi tapşırığını verəsiniz" - izahatnamədə deyilir.

Məsuliyyətli şəxs müqavilə bağlandıqdan sonra cari ilin, 19 mart tarixinə qədər xidmət göstərməlidir.



Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415


 

Print Email
FaceBook Twitter Google