Marneuli meriyası nəzərə alınmamış xərclər üçün 470 00 lari ayırıb
Marneuli bələdiyyəsinin ehtiyat fondunda vəsait 70 000 lari artıb. Bu barədə Marneuli Bələdiyyə Məclisinin 27 mart tarixində baş tutmuş iclasında məlumat verilib. Məsələni meriyanın Büdcənin Planlaşdırılması və Analizi Şöbəsinin rəhbəri Larisa Qleaşvili müzakirəyə çıxarıb.

Bələdiyyə Məclisinin üzvləri büdcədə ediləcək dəyişiklikləri səs çoxluğu ilə dəstəkləyiblər. Larisa Qelaşvili “Marneuli” radiosu ilə söhbəti zamanı bildirir ki, Marneuli meriyasının ehtiyat fondunun ümumi vəsaiti 470 000 lari təşkil edir.

Ehtiyat fondu nəzərə alınmamış, fövqəladə və digər yerli əhəmiyyət daşıyan tədbirlərin maliyyələşdirilməsi üçün bələdiyyə büdcəsi ilə müəyyən edilmiş vəsaitləri nəzərdə tutur.

Müvafiq olaraq, ehtiyat fondunun məqsədi il ərzində misal üçün, təbii fəlakət, epidemiyalar, ekoloji və başqa fəlakətlər zamanı xərclərin qarşılanmasıdır.



Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print Email
FaceBook Twitter Google