Meriya Marneulinin 8 küçəsində kanalların bərpa edilməsinə beşinci dəfə cəhd göstərir
Marneulinin 8 küçəsində kanalların bərpası üçün beşinci dəfə tender elan olunub. Sonuncu tender 18 mart tarixində elan edilib və tenderdə heç bir şirkət iştirak etməyib.

Marneuli meriyası bələdiyyə ərazisindəki suvarma kanallarının bərpasını əvvəl 387 655 lariyə nəzərdə tuturdu, ancaq yeni tenderdə vəsait 84 886 lari artırılıb və tenderin dəyəri indiki mərhələdə 472 541 lari təşkil edir.

Tsereteli kəndində (məktəb ərazisində), Marneuli şəhərinin Ağmaşenebeli, Vaja-Pşavela, Lermontov, Yağlıca, Tbilisi, Lağidze, 20 yanvar küçələrində kanalların bərpası planlaşdırılır.

Yeni tenderdə iştirak etmək istəyən şirkətlər 19-22 aprel tarixində öz təkliflərini göndərə bilərlər. Qalib şirkət müqavilə bağlandıqdan 210 gün ərzində meriyaya işləri təhvil verməlidir.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.
Print Email
FaceBook Twitter Google