Jurnalistlər üçün qrant müsabiqəsi
“Xalqın səsi” Jurnalistlər Birliyi (“Marneuli” radiosu) və Çexiya təşkilatı “People İn Need” “Gürcüstanda Demokratik və Davamlı İctimaiyyət üçün Media Maarifləndirmə” layihəsi çərçivəsində media təşkilatlar, müstəqil və vətəndaş jurnalistlər üçün qrant müsabiqəsi elan edir.

Layihə Çexiyanın Xarici İşlər Nazirliyi tərəfindən maliyyələşdirilir və Kvemo-Kartli, Samtsxe-Cavaxeti regionlarında həyata keçirilir.

Qrant komponenti:
  • Qrant müsabiqəsi seçki dövründə yanlış məlumatlarla mübarizə və seçicilərin məlumatlandırılma səviyyəsinin yüksəldilməsi məsələlərinə aiddir.
Jurnalist işlərinin yaradılması üçün hazırlanan layihədə onların hazırlanması və nəşrinin etnik, dini azlıqların yaşadığı regionlarda seçicilərin seçki məsələləri ilə bağlı məlumatlılığının artırılmasına, məlumatlı seçimlərin edilməsinə, dezinformasiyaya qarşı mübarizəyə, seçki prosesinin təhlilinə , ümumilikdə demokratikləşmə prosesini necə dəstəkləyəcəyi təsvir olunmalıdır.

Müsabiqənin şərtləri:
  • Müsabiqədə iştirak etmək istəyən media təşkilat Gürcüstanda qeydiyyatda olmalıdır;
  • Doldurulmuş müraciət forması ilə yanaşı aplikantlar seçki, hakimiyyəin hesabatlılığı, vətəndaş nəzarəti məsələlərində son 3 ildə yaratdıqları və dərc etdikləri jurnalist işlərinin linkini göndərməlidirlər.
  • Qrant müsabiqəsi nəticəsində ən yaxşı qiymətləndirməyə malik 2 mürcaiət seçiləcək. Hər bir materialın yaradılması üçün icraçı təşkilat tərəfindən vergilər daxil olmaqla 2600 avro (lari ekvivalenti ilə) maliyyə dəstəyi nəzərdə tutulub. Ödəmə Milli Bankın ödəniş günündə müəyyən etdiyi rəsmi məzənnəyə uyğun olaraq lari ilə aparılacaq.
  • Media qurumlara, etnik azlıqların auditoriyası ilə işləyən müstəqil və vətəndaş jurnalistlərə üstünlük veriləcək;
  • Layihə çərçivəsində media qurumu və ya müstəqil jurnalist ən azı bir multimedia materialı (məqalə, video) hazırlamalı və onların sosial mediada uyğunlaşdırılmasını təmin etməlidir;
  • Multimedia materialı üç aydan ərzində (2024-cü ilin iyul ayının sonuna qədər) hazırlanmalıdır;
  • Jurnalist işləri etnik azlıqların dilində hazırlana bilər. Bu halda media məhsulu tərcümə edilməli (məqalə) və/və ya dövlət dilində altyazılar (video olan halda) və əksinə, dövlət dilində hazırlandıqda isə məqalə tərcümə edilməli və/və ya video(lar) müvafiq etnik azlıqların dilində subtitrlə verilməlidir;
  • Büdcə müraciətinə hədəf auditoriyaya və ya dövlət dilinə tərcümənin təmin edilməsi xərcləri daxil edilməlidir.
İstənilən namizəd sonrakı meyarları qane etməlidir:
  • Jurnalist fəaliyyəti və multimedia materiallarının hazırlanması sahəsində ən azı 3 il təcrübəyə malik olmaq;
  • Jurnalist işinin hazırlanması üçün kifayət qədər insan resursları;
  • Son 3 ildə seçki, hökumətin hesabatlılığı və vətəndaş nəzarəti məsələləri ilə bağlı jurnalist işləri yayımlamalıdır. Materialın linki müraciət forması ilə birlikdə təqdim olunmalıdır;
  • Multimedia materialının hazırlanması üçün zəruri texniki avadanlıqlara malik olmaq;
  • Təşkilat, müstəqil və ya vətəndaş jurnalist qrantı idarə etmək üçün müvafiq təcrübəyə və bacarığına malik olmalıdır (fəaliyyətlərin vaxt qrafikinə uyğun həyata keçirilməsində, hesabatların aparılmasında və maliyyə idarəçiliyində);
  • Qrant çərçivəsində öhdəliklərin vaxtında və keyfiyyətli icrasını təmin etmək üçün motivasiya və təşkilati hazırlıq;
  • Etnik azlıqların auditoriyası üçün işləyən və onların təqdim etdiyi büdcə təklif olunan layihə ideyasına uyğun gələn media qurumlarına üstünlük veriləcək.
Müsabiqənin mərhələləri:

Müsabiqədə iştirak etmək üçün tələblərə cavab verən media qurumları, müstəqil və/yaxud vətəndaş jurnalistlər:

Birinci mərhələdə onlar gürcü dilində doldurulmuş əlavə edilmiş ərizə formasını və büdcəni (büdcənin hazırlanması zamanı rəsmi məzənnəyə uyğun olaraq milli valyuta - lari ilə təqdim olunmalıdır) təqdim etməlidirlər. Müraciətlərin seçimi komissiya tərəfindən həyata keçiriləcək. Komissiya zəruri hallarda birinci mərhələdə seçilmiş ərizəçilər ilə müsahibə aparmaq hüququna malikdir.

Ərizə forması və büdcə aşağıdakı E-poçt ünvanına göndərilməlidir: CLOAKING , xahiş edirik başlıqda qeyd edin: Jurnalist məhsulunun hazırlanması üçün qrant ərizəsi.

Ərizələrin göndərilməsi üçün son tarix: 28 aprel 2024-cü il, saat 23:59.

Qeyd olunan müddətdən sonra təqdim edilən və ya natamam doldurulmuş müraciətlər müzakirə olunmayacaq.

Büdcə və ərizə formasına burada baxa bilərsiniz: LİNKƏ DAXİL OLUN


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.
Print Email
FaceBook Twitter Google