Qonağımızla yeni layihəsindən və memarlıqdan danışdıq.
Turalın memarlığa olan həvəsi tikilmiş binaların və məscidlərin
formasına olan marağından sonra yaranıb.
O, 8 il Bakı şəhərində tikinti və memarlıq şöbəsində tikinti
mühəndisi kimi işləyib.
Daha sonra isə Gürcüstana qayıdaraq burada öz işini qurmaq qərarına
gəlib. Hal-hazırda "Tala" adlı yeni layihə bürosunu yaradıb və
layihəsində müştərilərə istənilən növ daşınmaz əmlakın layihə və
qeydiyyat sənədlərinin hazırlanmasını təklif edir.
Tural memar olmaq arzusunda olan gənclərə dahi Nizami Gəncəvinin
sözlərini misal gətirib "Kamil bir palançı olsa da insan, yaxşıdır
yarımçıq papaqçılıqdan" deyərək gənclərə sahib olduqları işin
peşəkarı olmalarını və işlərini sevmələrini arzu etdi.
Daha ətraflı verilişi dinləyin.
"Marneuli" Radiosunun jurnalisti Pərvin Hacıyeva sizləri “Gənc
Marneuli” verilişini dinləməyə dəvət edir. Verilişi hər çərşənbə
axşamı saat 12:00-da, təkrarını isə hər şənbə saat 12:00-da dinləyə
bilərsiniz.