DİN: Mindeli mədəninin tunellərindən birində güman ki, metan partlaması zamanı tavan uçub
DİN-in ilkin istintaq məlumatına görə, 16 iyulda Tkibulinin Mindei adına tunellərindən birində güman ki, metan partlayışı nəticəsində divarların əyilməsi və tavanın uçması baş verib.

Mədənin dörd nəfər yeraltı dağ mütəxəssisləri – 1961- ci il təvəllüdlü L.M., 1963-cü il təvəllüdlü M.Q., 1988-ci i təvəllüdlü L.P. və 1961-ci il təvəllüdlü İ.Q. ağır bədən xəsarəti alıb və nəticədə yerində vəfat ediblər.

Müxtəlif bədən xəsarətləri ilə 1981-ci il təvəllüdlü M.S., 1995-ci il təvəllüdlü D.B., 1981-ci il təvəllüdlü Q.M., 1981-ci il təvəllüdlü M.A., 1995-ci il təvəllüdlü N.B. və 1988-ci i təvəllüdlü Q.A. xəstəxanaya yerləşdirilib.

Baş verən faktla bağlı Gürcüstan CM-nin 240-cı maddəsinin ikinci hissəsi ilə istintaq başlayıb. Maddə tikinti və ya başqa işlər zamanı təhlükəsizlik qaydalarının pozulmasını nəzərdə tutur.

Mənbə: On
Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər