Mixeil Saakaşvili – Putin həqiqi şeytandır, o, qatildir – Tramp nə düşünürsə, onu edir, yəni dostun yaxınında olmalıdır, düşməninsə daha da yaxınında olmalıdır

Prezident Tramp nə düşünürsə, onu edir, yəni dostun yaxınında olmalıdır, düşməninsə daha da yaxınında olmalıdır.

Bu barədə Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili Amerika televiziyası “Fox News”-a Donald Tramp və Vladimir Putinin görüşünü şərh edərkən bildirib.

“Vladimir Putin necədirsə, elədir. Mən onunla təxminən otuz dəfə görüşmüşəm və kifayət qədər yaxşı tanıyıram. Prezident rampa gəlincə, o, nə düşünürsə, onu edir, yəni dostun yaxınında olmalıdır, düşməninsə daha da yaxınında olmalıdır. Putin həqiqi şeytandır. O, qatildir. Onun ABŞ-ı görməyə gözü yoxdur. O, ABŞ-ı məhv ediləcək bir nömrəli düşmən hesab edir. Onun etdiyi hər şey, o cümlədən qonşuluğunda etdikləri bu nifrətlə şərtlənir. O, Amerikanın müttəfiqi hesab etdiyi üçün bizim ölkəyə soxuldu. Onunla bağlı heç bir illüziya yoxdur. O, necədirsə, elədir”, - deyə Mixeil Saakaşvili bildirib.

Onun dediyinə görə, “Tramp Putinin rəqib olduğu faktına əsaslanırdı”.

 

 

Print Email
FaceBook Twitter Google