Statistikaya əsasən 6 ay ərzində cinayətlər 52.93% artıb
2018-ci ilin ilk 6 ayı ərzində Gürcüstanda qeydə alınmış cinayətlərin sayı 52.93% artıb. Bunu DİN-nin rəsmi statistik məlumatı da təsdiq edir.

Rəsmi statistikaya əsasən 2018-ci ilin ilk 6 ayı ərzində keçən ilin analoji dövrü ilə müqayisədə cinayətlərin açılması göstəricisi azalıb. Əgər 2017-ci ilin yanvar-iyun aylarında qeydə alınmış cinayətlərin 54.35% açılıb, bu ilin ilk altı ayı ərzində isə bu göstərici 36.42% olub.

Statistik göstəriciləri ən çox artmış cinayətlərə gəlincə:
  • Ailə zorakılığı – 275%
  • İnsan həyatı və sağlamlığına təhlükə yaradılması – 280%
  • İnsan hüquqları və azadlığına qarşı cinayətlər – 287%
  • Hədələmə - 394% artıb
Mənbə: Netgazeti

 

Print Email
FaceBook Twitter Google