İstintaq xidməti 11 kiloqramdan artıq qızıl müsadirə edib

Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidmətinin əməkdaşları, Gəlir Xidməti Gömrük Departamentinin nümayəndələri ilə koordinasiyalı şəkildə həyata keçirdikləri

əməliyyat-axtarış tədbirləri və istintaq fəaliyyəti nəticəsində Gürcüstan sərhədlərində 4 yük daşınması ilə bağlı qaydaların pozulması halını qeydə alıblar.

Bir halda ittiham olunan şəxs “Vale” sərhəd keçid məntəqəsindən keçməklə ona aid maşında yük gizlətmək düzəldilmiş xüsusi yerdə ölkəyə külli miqdarda qızıl gətirməyə cəhd edib.
İstintaq fəaliyyətləri nəticəsində ümumilikdə 11.2 kq qızıl məmulatları müsadirə olunub ki, bunun da ümumi dəyəri 670 000 lari təşkil edir.

Gürcüstan Cinayət Məcəlləsinin 214-cü maddəsinin birinci və ikinci hissəsi ilə istintaq davam edir. Bu isə 5 ildən 7 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılmanı nəzərdə tutur”. – İstintaq Xidmətinin bəyanatında deyilir.

 

Mənbə: Netgazeti

 

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər