Azərbaycan Ali Məhkəməsi Əfqan Muxtarlını yenə də həbsdə saxladı

Əfqan Muxtarlının vəkili Elçin Sadıqov jurnalistə bəraət verilməsini tələb edirdi, lakin iddia tərəfi isə məhkəmə qərarının qüvvədə saxlanılmasını tələb edirdi.


Qısa iclasdan sonra hakimlər kollegiyası Əfqan Muxtarlıya qarşı məhkəmə qərarının qüvvədə saxlanılmasına qərar verdilər.

Xatırladırıq ki, Azərbaycanlı müxalif jurnalist Əfqan Muxtarlı keçən il 29 may tarixində Tbilisidə itkin düşmüşdü. Daha sonra onun Azərbaycanda olduğu məlum olmuşdu. Əfqan Muxtarlıya qarşı üç maddə ilə ittiham irəli sürülüb. O, Azərbaycan Dövlət sərhədlərini qanunsuz keçmək, qaçaqmalçılıq və hakimiyyət nümayəndəsinə müqavimət göstərmək və ya zorakılıqda ittiham olunur.

12 yanvar 2018-ci ildə Azərbaycan məhkəməsi Əfqan Muxtarlıya 6 il müddətinə azadlıqdan məhrumetmə cəzası verib.

 

 

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər