Malxaz Kobaurinin vəkili – ekspertiza müəyyənləşdirdi ki, Smitlərin 4 yaşlı övladı istiqamətində 3-4 atəş açılıb, xəsarətlər isə müxtəlif trayektoriyalarla yetirilib

İstintaqın versiyasına görə, Xada dərəsində Malxaz Kobauri əvvəlcə kişini qətlə yetirib, sonra isə kiçikyaşlı uşağa bir dəfə atəş açıb və qadını zorlayıb.

Tibbi ekspertiza isə bunu təkzib edir. Bu barədə Xada dərəsində Smitlər ailəsini qətlə yetirməkdə ittiham olunan Malxaz Kobaurinin vəkili Aleksandre Kobaidze bəyan edib.

Malxaz Kobauri vəkilləri tibbi ekspertizanın nəticələrinin müzakirə olunduğu mətbuat konfransı keçirib.

Vəkillərin məlumatına görə, məhkəmə-tibbi ekspertizası göstərdi ki, Lora Smitin bədəninin arxa hissəsində heç bir zorakılıq əlaməti yoxdur.Bununla yanaşı, vəkillərin dediyinə görə, ekspertiza göstərdi ki, uşaq istiqamətində 3-4 dəfə atəş açılıb.

Vəkillər ekspertizanın bu cavablarının istintaqın versiyasına zidd olduğunu qeyd edirlər.

"İddialara görə, Lora Smit zorlanıb. Ekspertizaya bununla bağlı suallar ünvanlanmışdı, lakin ekspertiza göstərdi ki, Lora Smitin bədənin arxa hissəsində hər hansı bir zorakılıq əlaməti yoxdur. Bundan əlavə ekspertiza müəyyənləşdirdi ki, uşağa 3-4 dəfə atəş açılıb. Bu xəsarətlər müxtəlif trayektoriyalar üzrə olub”, - deyə Malxaz Kobaurinin vəkillərindən biri Vasil Mamulaşvili bildirib.

" İstintaqın versiyasına görə, Xada dərəsində Malxaz Kobauri əvvəlcə kişini qətlə yetirib, sonra isə kiçikyaşlı uşağa bir dəfə atəş açıb və qadını zorlayıb. Tibbi ekspertiza isə bunu təkzib edir. Buradan irəli gələrək Kobauriyə qarşı istintaq dayandırılmalıdır. Çünki ekspertizanın rəyi istintaqın versiyası ilə tam ziddiyət təşkil edir", - vəkil Aleksandr Kobaidze bildirib.

Onun dediyinə görə, onun istintaq orqanlarına sualları var və bir halda ki, nə qətlə yetirilənlər, nə də müttəhim siqaret çəkmir, istintaq hadisə yerində siqaret kötüyünün necə mövcud olması kimi mühüm məsələlərə cavab verməlidir. Vəkil tələb edir ki, əgər Msxeta Rayon Prokurorluğunun davam edən işi araşdıra bilmirsə, iş Baş Prokurorluğa verilsin.

Vəkilin bildirdiyinə görə, bu mərhələdə bir kompleks ekspertiza qalıb ki, bundan sonra məsələ müzakirə olunmaq üçün məhkəməyə veriləcək. İlkin məhkəmə iclası isə 26 oktyabr tarixinə təyin olunub.

 

 

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər