DİN Poniçalada külli miqdarda narkotik vasitə ələ keçirib
Daxili İşlər Nazirliyi Poniçalada külli miqdarda narkotik vasitə müsadirə edib.
Nazirlikdən “İnterpressnews”a verilən məlumata görə, Daxili İşlər Nazirliyinin Mərkəzi Cinayətkarlıqla Mübarizə Polis Departamentinin Narkotik Vasitələrin Qeyri-qanuni Dövriyyəsinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 1985-ci ildə anadan olmuş P.İ.-ni narkotik vasitələrin qanunsuz olaraq əldə edilməsi-saxlanılması ittihamı ilə saxlayıblar. Cinayət 8 ildən 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Hüquq mühafizəçiləri müttəhimin üzərini axtararkən bir bağlama “Heroin” narkotik vasitəsi aşkarlayıblar. Ona məxsus avtomobilin axtarışı nəticəsində isə ümumi çəkisi 50 qram olan 42 bağlama “heroin” narkotik vasitəsi aşkarlanıb.

Gürcüstan Cinayət Məcəlləsinin narkotik vasitələrin qanunsuz olaraq əldə edilməsi-saxlanılmasını nəzərdə tutan 206-cı maddəsi ilə istintaq davam edir.

Daxili İşlər Nazirliyi cari ildə külli miqdarda müxtəlif narkotik vasitələr müsadirə edib və 116 narkotik alveri ilə məşğul olan şəxsi saxlayıb. Ümumilikdə 35 kiloqram “heroin”, 6.6 kiloqram “kokain”, 12 minədək “Suboteks” və “Suboksin” həbi, 3 kiloqramadək “MDMA”, həmçinin 1.5 kq müxtəlif psixotrop preparat müsadirə olunub.
Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər