Marneuli rayonun Candar kənd məktəbində yanğın baş verib. Hadisənin
9 dekabr tarixində səhər saat 9 radələrində baş verdiyi bildirilir.
Bu haqda məlumatı Candar İctimai məktəbinin direktoru Vüsal
Bayramov verdi. Onun sözlərinə görə, məktəb binasına arxa
tərəfindən kənar şəxslər giriş qapısını sındıraraq daxil olublar və
iki sinif otağında yanğın törədiblər.
Yanğın məktəbdə çalışan şəxslər tərəfindən söndürülüb. Ehtiyat üçün
məktəbə yanğın söndürən biriqadası da çağırılıb.
Bayramov onu da əlavə etdi ki, bu gün dərs prosesi olduğuna dəyən
ziyan məktəb kolektivi tərəfindən aradan qaldırıb və dərs prosesi
normal qaydada davam edir. Hadisənin kim tərəfindən törədildiyi
bilinmir və yanğın hadisəsi ilə bağlı Marneuli polis idarəsi
tərəfindən araşdırma aparılır.