VIDEO - Təxminən bir aylıq axtarışlardan sonra 24 yaşlı Qiorqi Qiunaşvili Tbilisi dənizində boğulmuş vəziyyətdə tapılıb
12:47 / 14.12.2018
Təxminən bir aylıq axtarışlardan sonra 24
yaşlı Qiorqi Qiunaşvili Tbilisi dənizində boğulmuş vəziyyətdə
tapılıb.Ailə
gənc oğlanı 19 noyabrdan bəri axtarırdı.
Bədbəxt hadisəyə nəyin səbəb olduğu məlum deyil. Yayılmış məlumata
görə, Qiunaşvilinin psixoloji problemləri olub.
Hadisə ilə bağlı Cinayət Məcəlləsinin özünü öldürmə həddinə
çatdırmanı nəzərdə tutan 115-ci maddəsi ilə istintaq başlayıb.
“Kuryer”in məlumatına görə, istintaq materiallarında daxil edilmiş
materiallarda Qiunaşvili dünyasını dəyişənədək hərəkət etdiyi
yerlər görünür, daha sonra isə onun izi itib.
Hal-hazırda gənc oğlanın cəsədi ekspertiza üçün meyitxanaya
aparılıb.