Malidə dinc sakinlərə hücum – 47 nəfər ölüb
Malinin şimalındakı Menaka şəhərində silahlı şəxslər tərəfindən təşkil olunmuş hücumlarda 47 dinc sakinin öldüyü bildirilir.
Yerli mətbuatdakı xəbərlərə görə, Menaka şəhərinə 60 kilometr uzaqlıqdakı Tassalatine və Tinabau bölgəsində silahlı şəxslər vətəndaşlara hücum edib.

Sayları 9 ilə 12 arasında olduğu bildirilən hücumçuların şəxsiyyətinin müəyyən edilmədiyi hadisədə 47 nəfər dinc sakin həyatını itirib, çox sayda adam yaralanıb.

Hücum edən şəxslərin geri çəkilmədən əvvəl 80 kvadrat kilometr sahədə otlaq əraziləri yandırdığı da qeyd olunub.

Bölgə xalqı Malidəki Birləşmiş Millətlər missiyası “MINUSMA”-dan hadisə nəticəsində zərər çəkən insanlara yardım üçün insan haqları orqanlarına müraciət etmələrini istəyib.

Malinin şimal və orta hissələri 2012-ci ildən bu yana separatçı münaqişələr və terror hücumlarına səhnə olur.

İstər Fransanın "Barkhane Əməliyyatı" adı altında 2014-cü ildə gətirdiyi 4 min əsgər, istərsə də BMT-nin ölkədəki 15 min nəfərlik sülhməramlı gücü “MINUSMA” bu günə qədər təhlükəsizlik problemini aradan qaldırmağa nail ola bilməyib.

Mənbə: aa.com.tr
Print Email
FaceBook Twitter Google