Gürcüstan millisi tarixdə ilk dəfə Avropa
çempionatındadır!
Futbol üzrə Gürcüstan yığma komandası Avropa çempionatının seçmə
mərhələsinin pley-off finalında Yunanıstanı qəbul etdi. Matçın
dəyəri böyük idi – qalib Avro 2024-də oynayacaqdı. Olduqca gərgin
və kobud keçən görüşdə qalib Gürcüstan oldu.
Faktlar
- Gürcüstan millisinin Xorvatiya üzərində 1:0 hesablı ən
səsküylü qələbələrindən biri martın 26-da qeydə
alınıb.
- 1960-cı ildən bu günə qədər hər Avropa çempionatının ən
azı bir debütantı olub. Gürcüstan Avro-2024-ə çıxacağı təqdirdə bu
ənənə yenidən davam edəcəkdi. Komandamızdan başqa pley-offda çıxış
edən digər 5 komanda və artıq vəsiqə qazanmış 21 komanda ən azı bir
dəfə Avropa çempionatında mübarizə aparıb.
- Martın 26-dakı final oyununa qədər Gürcüstan millisi
Yunanıstanla 2 dəfə heç-heçə edib, 7 dəfə məğlub
olub.
Vili Sanioli, Qiorqi Mikautadzenin əvəzinə diskvalifikasiyadan
sonra qayıdan Xviça Kvaratsxelianı meydana çıxardı. Yunanlar Xviça
Kvaratsxelianı tələyə salıb yüksək təzyiqlə oynamağa çalışdılar. Bu
oyun tərzi yunanlar üçün xarakterikdir. Onlar bu cür oyunla 2004-cü
ildə Avropa çempionatının qalibi oldular.
Yunanıstan komandası üstünlüyü əldə etdi, topa nəzarət edirdi və
daha çox hücuma keçirdi. Lakin polşalı hakimin davranışı bəzən
qəribə təəssürat yaradırdı, çünki o, gürcü futbolçulara, xüsusən də
Xviça Kvaratsxeliaya yönəlik kobud hərəkətə göz yumurdu. Tsimikas
Xviçanın üz nahiyəsinə dirsəklə möhkəm vursa da, qonaqların
qapısına penalti belə təyin edilmədi.
Gürcüstan millisi hücuma keçməyə müvəffəq olurdu, lakin rəqibin
sərt təzyiqi şəraitində hücumun inkişaf etdirilməsində çətinlik
çəkirdi. Bu səbəbdən Qiorqi Koçoraşvili uzaqdan qapını nişan aldı,
lakin topu hədəfdən keçirə bilmədi.
Qiorqi Çakvetadze 45-ci dəqiqədə cərimə zərbəsinin yerinə
yetirilməsindən sonra təhlükəli məqam yaratdı – qapıçı zərbəni
küncdən dəf etdi və bu daha kəskin hücumla müşaiyət edildi, lakin
Kvirkvelianın zərbəsi qapıya çata bilmədi.
Birinci hissə başa çatdıqdan sonra Xviça Kvaratsxelia ilə Qeorqios
Masuras arasında baş verən münaqişəyə ehtiyada olan futbolçular
müdaxilə etdilər və hakim qonaqların məşqçilər korpusunun üzvü və
Qiorqi Loriaya qırmızı, bir neçə futbolçuya isə sarı vərəqə
göstərdi.
Birinci hissənin son dəqiqələrində təşkil edilən hücum “Xaçlılar”a
yaxşı təsir etdi və ikinci hissəyə daha cəsarətlə başladılar.
Bununla belə, yunanlar müdafiədə etibarlı oynayırdılar. Gərgin
keçən ikinci hissə qolsuz başa çatdı, əlavə vaxt təyin olundu və
hər şey yenidən başladı.
İlk əlavə vaxta qonaqlar daha yaxşı başladılar. Tasos Bakasetasın
zərbəsi təhlükəli oldu və Qiorqi Mamardaşvili küncdən zərbəni dəf
etdi. Standart zərbədən sonra Konstantinos Mavropanos topu qapı
əvəzinə dirəyə vurdu.
Əlavə edilmiş vaxtda ötürməni kəsən və qapıçı ilə üz-üzə gələn
Mikautadze əla şans yaratdı, lakin müdafiəçi oyuna müdaxilə
etdiyindən cərimə meydançasında Davitaşvilini axtardı, qapıçı onun
ən ağır zərbəsinin qarşısını alaraq qonaqları xilas etdi.
Əlavə edilmiş ikinci dəqiqədə Xviça Kvaratsxelia zədələnərək
meydanı tərk etdi, hərçənd komanda mübarizə əhvali-ruhiyyəsində
idi. Qiorqi Tsitaişvili möhtəşəm driblinqlə müdafiəni yardı və
cərimə meydançasına daxil olaraq qapıya zərbə endirdi, lakin
müdafiəçi onun qarşısını kəsərək təhlükəni sovuşdurdu. Son dəqiqədə
isə Qiorqi Mikautadze qol vurmağa çalışdı, yenə qaçırdı və
penaltilər seriyası təyin olundu.
Qiorqi Mamardaşvili penaltilərdən birini dəf etdi, yunanlar da
birini dəf etdilər və tarix yazıldı- Gürcüstan komandası tarixdə
ilk dəfə Avropa çempionatına vəsiqə qazandı!
Avropa çempionatında ilk oyunu iyulun 18-də Dortmundda Türkiyə
millisinə qarşı keçirəcəyik.