Azərbaycanın Gürcüstandakı səfirliyi ölkənin futbol üzrə
milli yığma komandasını tarixdə ilk dəfə olaraq Avropa Çempionatına
vəsiqə qazanması münasibətilə təbrik edib.
Bununla bağlı səfirliyin sosial media hesablarında paylaşım
edilib.
"Futbol üzrə Gürcüstan milli yığma komandasının tarixdə
ilk dəfə olaraq futbol üzrə Avropa Çempionatına vəsiqə qazanması
münasibətilə dost və qardaş Gürcüstanı təbrik edir, uğurlarının
davamlı olmasını arzu edirik!"
Məlumat üçün qeyd edək ki, Gürcüstanın futbol üzrə milli komandası
2024-cü il Avropa Çempionatının qrup mərhələsinə vəsiqə qazanıb.
Onlar Yunanıstanlı futbolçuları penaltilər seriyasında 4:2 hesabı
ilə üstələyiblər.
Gürcüstan millisi ilk dəfə Avropa çempionatının final mərhələsində
çıxış edəcək.
Yunanıstanlı futbolçular ardıcıl üçüncü dəfə qitə birinciliyinə
vəsiqə qazana bilməyiblər. Yunanıstan komandası 2004-cü il Avropa
çempionatının qalibidir.
Qeyd edək ki, Gürcüstan F qrupunda Portuqaliya, Türkiyə, Çexiya
yığmalarına rəqib olub. Avropa çempionatında ilk oyunu iyulun 18-də
Dortmundda Türkiyə millisinə qarşı keçirəcəyik.
Xatırladaq ki, Avropa çempionatı 14 iyun - 14 iyulda Almaniyanın 10
şəhərində təşkil olunacaq.