Kəndə dəstək proqramı ilə Marneulidə hansı layihələr seçilib?
Meriya Marneulidə kəndə dəstək proqramı ilə həyata keçiriləcək layihələr üçün 406 000 lari ayırıb. Bu yerli özünüidarə tərəfindən qarşılıqlı maliyyə dəstəyidir ki, mərkəzi büdcədən ayrılmış 1 232 000 lariyə əlavə olunub.

2024-cü ildə kəndə dəstək proqramı ilə müəyyən edilmiş layihələrin yekun siyahısını Bələdiyyə Məclisinin iclasında bu gün, 27 mart tarixində Büdcə Planlaşdırılması və Analizi Şöbəsinin rəhbəri Larisa Qelaşvili təqdim edib.

Bələdiyyə Məclisi seçilmiş layihələri səs çoxluğu ilə təsdiq edib. Bu deməkdir ki, bələdiyyənin artıq layihələri həyata keçirmək üçün icazəsi var. Kəndlərin əksəriyyətində (22 məntəqə) küçə işıqlarının quraşdırılması dəstəklənib.

Kəndlərin siyahısını və təsdiq edilmiş layihələri sizə təqdim edirik:
  • Qasımlı – küçə işıqları
  • Ağməmmədli – küçə işıqları
  • Quşçu - qəbiristanlığa gedən yola çınqıl tökülməsi
  • Baytallı - daxili yollara çınqıl tökülməsi
  • Ulaşlı - daxili yollara çınqıl tökülməsi
  • Beytarabçı - mini stadionun tikilməsi
  • Dəmyə-Görarxı- qəbiristanlığın hasarlanması
  • Dəmyə - uşaq meydançasının bərpası
  • Kirovka – uşaq parkının tikintisi
  • Axlılələ - məktəbin həyətinin hasarlanması
  • Qırmızıkənd – Daxili suvarma kanallarının qaydaya salınması
  • Metsamula – uşaq parkının salınması
  • Daştəpə - Məşq üçün vasitələrin qurulması
  • Maradisi – küçə işıqları
  • Yuxarı Qullar – iki uşaq parkının tikintisi
  • Aşağı Qullar – Məşq üçün vasitələrin salınması
  • Qırıxlı -uşaq parkının salınması
  • Xocorni – uşaq parkının salınması
  • Brdazor – kənddə olan körpünün bərpası
  • Güllübağ – daxili yolun bərpası
  • Tsopi – daxili yolun bərpası
  • Tserakvi – küçə işıqlarının quraşdırılması
  • Canxoş – daxili yolların bərpası
  • Sioni - məktəb ərazisinin hasarlanması
  • Algeti – küçə işıqlarının quraşdırılması
  • Təzəkənd – daxili yollara çınqıl tökülməsi
  • Sabirkənd – suvrama borularının bərpası
  • Əzizkənd – küçə işıqlarının quraşdırılmas
  • Hacıisakənd – daxili yollara çınqıl tökülməsi
  • Qızılhacılı – küçə işıqlarının quraşdırılması
  • Şaumyan – küçə işıqlarının quraşdırılması
  • Ağkula – uşaq atraksionlarının quraşdırlması
  • Xixani – mövcud suvarma suyu daxili şəbəkəsinin qurulması
  • Kudro – daxili yolların bərpası
  • Şulaver – küçə işıqlarının quraşdırılması
  • İmir – qəbirstanlığın hasarlanması
  • İmirçala – küçə işıqlarının quraşdırılması
  • Aşağı Saral – daxili yollara çınqıl tökülməsi
  • Yuxarı Saral – daxili yollara çınqıl tökülməsi
  • Araflı – parkın genişləndirilməsi və hasarlanması
  • Axlımahmudlu – parkın genişləndirilməsi
  • Yenikənd – daxili yollara çınqıl tökülməsi
  • Seyidqocalı – dayancağın tikilməsi
  • Kürtlər – küçə işıqları
  • Baydar – küçə işıqları
  • Böyük Muğanlı – küçə işıqları
  • Xutor-Lejbəddin – qəbiristanlıqda ayaqyolunun tikilməsi
  • Lejbəddin – küçə işıqlarının quraşdırılması
  • Kəpənəkçi – küçə işıqlarının quraşdırılması
  • İkinci Kosalı - küçə işıqlarının quraşdırılması
  • Birinci Kosalı - küçə işıqlarının quraşdırılması
  • Algeti Üzümçülük Təsərrüfatı – İdman zalının təmiri
  • Ambarovka – daxili yollara çınqıl tökülməsi
  • İlməzli – dayancağın qurulması
  • Keşəli - daxili yollara çınqıl tökülməsi
  • Xancığazlı - daxili yollara çınqıl tökülməsi
  • Kirəç-Muğanlı – küçə işıqları
  • Təkəli - içməli su hovuzunun bərpası
  • Qaçağan – küçə işıqları
  • Sadaxlı – küçə işıqları
  • Burma - yol çəkilməsi
  • Təzəkənd- yol çəkilməsi
  • Xuldərə - yolkənarı kanalın qaydaya salınması
  • Mollaoğlu - daxili yolların bərpası
  • Opreti – küçə işıqları
  • Xoxmeli – bulağa gedən yol örtüyünün abadlaşdırılması
  • Tsereteli – uşaq parkının qurulması
  • Norqiul – suvarma kanallarının abadlaşdırılması
  • Saimerlo – suvarma kanalının abadlaşdıırlması
  • Böyük Bəylər – uşaq parkı
  • Kiçik Bəylər – suvarma sisteminin abadlaşdırılması
  • Tamarisi – istirahət məkanın yaradılması
  • Yeni Dioqnisi – istirahət məkanının yaradılması
  • Hallavar – uşaq parkının tikintisi
  • Çanaxçı – daxili yollara çınqıl tökülmsəi
  • Ağkörpü – küçə işıqları
  • Verxviani – Ağkörpü – Verxviani yoluna çınqıl tökülməsi
Marneuli bələdiyyəsinin ərazi vahidliklərində kəndə dəstək proqramı çərmivəsində toplantılar/məsləhətlər 12 fevral tarixindən başlayıb və 26 fevral tarixində başa çatıb.



Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print Email
FaceBook Twitter Google