Ermənistan həmsərhəd kəndi Gürcüstana qaytarır - Ermənistan mediası
Ermənistan sərhədin demarkasiyası çərçivəsində Cilizə kəndini Gürcüstana qaytarmağı planlaşdırır. Məlumatı Ermənistanın “Joxovurd” qəzeti yayıb.

Ciliza kəndi iki ölkənin sərhədində, Ermənistanın Lori rayonunun Alaverdi rayonunda yerləşir.

Ermənistan və Gürcüstan 1992-ci ildən dövlət sərhədinin demarkasiyası məsələsini müzakirə edir, 1996-cı ildən isə iki ölkə arasında sərhədlərin delimitasiyası və demarkasiyası komissiyaları çox passiv rejimdə işləməsinə baxmayaraq fəaliyyət göstərir.

Nəşrin yazdığına görə, Ermənistan həm Gürcüstan, həm də Azərbaycanla sərhədlərin demarkasiyası işlərini gücləndirir. O cümlədən, 1990-cı illərin əvvəllərində ermənilər Azərbaycan ərazisində 8 kəndi işğal ediblər və bu yaxınlarda Ermənistanın “Hraparak” qəzeti yazıb ki, prezident Nikol Paşinyan ən qısa müddətdə 4 kəndi Azərbaycana qaytarmaq niyyətindədir.

Mənbə: BPN

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər