İrakli Kobaxidze iftar yeməyi verib
Gürcüstanın Baş naziri İrakli Kobaxidze “müsəlman icmasının şərəfinə” iftar yeməyi verib. Hökumət başçısı müsəlman icmasını bir aylıq Ramazan orucunun başa çatması münasibətilə əvvəlcədən təbrik edib və onlara xoşbəxtlik, firavanlıq, uğurlar arzu edib” – bu barədə hökumətin rəsmi feysbuk səhifəsində məlumat yayımlanıb.



“Müsəlman icması, bizim ayrılmaz hissəmiz, bizim ölkənin qurulmasında çox böyük töhfə verir və bizim qardaşlığımız böyük tarixə söykənir. Gürcüstan unikal ölkədir, burada gürcü və azərbaycanlı, şiə, sünni müsəlmanlar eyni məsciddə ibadət edirlər. Mənim üçün sülh içində yanaşı yaşamaq, bu qardaşlıq ənənəsi çox dəyərlidir və bunu əməlimizlə də təsdiq edirik. Dövlət müsəlman icmasına bu günə qədər 237 məscid verib, daha 20 məscid onlara vermək üçün hazırdır. Dövlət müsəlman icması üçün maliyyəni 4 150 000 lariyə qədər artırıb və iqtisadi artımın izi ilə bu dəstək daha da artırılacaq. Gürcüstanın rəngarəngliyi bizim ölkənin əsas zənginliklərindən biridir. Bu gün də, müasir Gürcüstan dövlətinin qurulmasında, ictimaiyyətin bütün qrupları, bütün dini icmalar, hər bir fərd bu prosesin tamhüquqlu iştirakçısı olduğunu hiss etməlidir. Biz, dövlət gələcəkdə də bunun üçün hər şey edəcəyik”- Baş nazir bildirib.



Paylaşımdan aydın olur ki, iftar süfrəsində toplaşmış müsəlman icmasına Dini Məsələlər üzrə Dövlət Agentliyinin sədri Zaza Vaşağmadze, Gürcüstan Müsəlmanlarının şeyxi Faiq Nəbiyev, Qərbi Gürcüstanın müftisi Adam Şantadze və Şərqi Gürcüstanın müftisi Etibar Eminov müraciət edib.



Gürcüstanın Baş nazirinin adı ilə müsəlman icasının şərəfinə açılmış iftar süfrəsində həmçinin, Barışıq və Vətəndaş Bərabərliyi Məsələlərində dövlət naziri Tea Axvlediani, Diplomatik Korpus nümayəndələri və digər rəsmi şəxslər iştirak ediblər.














Fotomateriallar Gürcüstan hökumətinin feysbuk səhifəsində yayımlanmış paylaşımdan götürülüb

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər