Qabunianın sözlərinə görə, mitinqdə döyülən 5 vətəndaş klinikalara aparılıb
Səhiyyə nazirinin müavini Tamar Qabunianın sözlərinə görə, dünənki mitinqdə polislər tərəfindən döyülən vətəndaşlar klinikalara aparılıb. Onun sözlərinə görə, 5 vətəndaş tibb müəssisələrinə yerləşdirilib, 2 polis yaralanıb. Onun şərhini “İnterpress News” yayıb.

“İki polis əməkdaşı yaralanıb və təcili yardım briqadası tərəfindən Qafqaz Tibb Mərkəzinə aparılıb. Onların müxtəlif növ xəsarətləri olub, onlardan biri baş-burun zədəsi alıb. Hər ikisi qənaətbəxş vəziyyətdə evə buraxılıb. Həmçinin, müxtəlif dərəcəli bədən xəsarətləri alan 5 vətəndaş Tbilisinin müxtəlif tibb müəssisələrinə yerləşdirilib. Onlara lazımi tibbi xidmət göstərilib”.

Dünən rus qanunları əleyhinə keçirilən mitinqdə hakimiyyət zorakı üsullarla iştirakçıları dağıdıb.

Polis dinc aksiya iştirakçılarına və media nümayəndələrinə güc tətbiq edib.

Mövcud məlumatlara görə, 10-a qədər adam saxlanılıb və xəsarət alanlar var. Zurab Caparidzenin yazdığına görə, hamısını döyülüblər.

Qeyri-hökumət təşkilatlarının məlumatına görə, dünən hökumət konstitusion toplaşmaq və ifadə hüququna məhəl qoymayıb, polis aksiya zamanı insanların sağlamlığını təhdid edib.

Mənbə: Publika

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.
Print Email
FaceBook Twitter Google