2019-cu ilin büdcə layihəsinə əsasən gələn ildən polislərin,
yanğınsöndürənlərin və xilasedicilərin əməkhaqqının artırılması
planlaşdırılır.
Konkret olaraq, Daxili İşlər Nazirliyinə 2019-cu il üçün 643.5
milyon lari ayrılacaq. Bu il kiçik vəzifəli polis əməkdaşlarının
maaşlarının artırılmasının (orta hesabla 250,0 lari) tam
maliyyələşdirilməsi və yanvarın 1-dən etibarən sərhəd polisində
çalışan kiçik vəzifəli polis əməkdaşlarının əmək haqlarının
artırılması (orta hesabla 250,0 lari) nəzərdə tutulur.
Dövlət Təhlükəsizlik Xidməti üçün 134,0 milyon lari nəzərdə
tutulur. Buradan da 6 milyon lari kiçik vəzifəli işçilərin əmək
haqqının 250 lari artırılması üçün nəzərdə tutulub. Əlavə olaraq,
“Əməliyyat-Texniki Agentliklər haqqında” Qanuna əsasən
geolokasiyanın real vaxtda müəyyənləşdirilməsi sisteminin
yaradılmasının qismən maliyyələşdirilməsi üçün də məbləğin
ayrılması nəzərdə tutulub.
Fövqəladə Halların İdarəedilməsi Xidməti üçün 87.6 milyon lari, o
cümlədən yanğınsöndürənlərin və xilasedicilərin maaşlarının
artırılması üçün 5.5 milyon lari nəzərdə tutulub.