Marneuli Bələdiyyə Məclisində yeni şöbə yaradılıb
Bu gün, 5 mart tarixində Bələdiyyə Məclisinin iclasında deputatlar Bələdiyyə Məclisi Aparatında yeni şöbənin – İnsan Resurslarının İdarəedilməsi Şöbəsinin yaradılmasını dəstəkləyiblər.

Marneuli Bələdiyyə Məclisi Aparatının rəhbəri Nino Beridze “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, yeni şöbənin yaradılmasına şəxsi məlumatların qorunması ilə bağlı qanunda edilmiş dəyişiklər, insan resursları istiqamətində qüvvəyə minmiş yeni proqramlar səbəb olub.

“Mövcud işlərin miqyası əsasında fərdi məlumatların mühafizəsi haqqında qanunda mühüm dəyişiklik edilib və dövlət xidmətlərinin üzərinə bir sıra öhdəliklər qoyulub, eləcə də insan resurslarının idarə edilməsi istiqamətində yeni istiqamətlər işə salınıb, bu istiqamətlərə son illərdə də böyük əhəmiyyət verilir. Bilirsiniz ki, hər il işçilər qiymətləndirilir və bu artıq bələdiyyələrdə sınaqdan keçirilən elektron sistemlə həyata keçirilir. Marneuli Bələdiyyə Məclisi də artıq bu proqrama qoşulub. Bundan əlavə, vacib olan istiqamətlər var. Bura planlar, ehtiyaclar, kadr məsələləri daxildir, kadr məsələlərinin özü artıq elektron formadadır və biz bu istiqamətdə də yeni mərhələyə keçirik. Bilirsiniz ki, Bələdiyyə Məclisinin yalnız bir əməkdaşı bu istiqamətə xidmət edirdi və ona görə də şöbənin yaradılmasına ehtiyac var idi”, – Nino Beridze bildirdi.

Marneuli Bələdiyyə Məclisi Aparatı rəhbərinin sözlərinə görə, yeni idarədə ümumilikdə 3 nəfər – bir şöbə müdiri və iki işçi işlə təmin olunacaq. Beridzenin sözlərinə görə, qanunvericiliyə uyğun olaraq, bu vəzifənin tutulması üçün açıq müsabiqə elan olunacaq və müsabiqəyə əsasən yeni işçilər seçiləcək.

Bu gün, 5 mart tarixində Marneuli Bələdiyyə Məclisinin iclasında 8 məsələ müzakirəyə çıxarıldı. Bələdiyyə Məclisi üzvləri bütün məsələlərlə bağlı müsbət qərar qəbul etdilər.

Print Email
FaceBook Twitter Google