Marneuli bələdiyyəsinin Tsereteli və Saimerlo kəndinə bir neçə
gündür avtobus işləmir.
Sakinlərin əksəriyyəti üçün mühüm olan nəqliyyat vasitəsini
Marneuli-Şaumyan xəttinə buraxıblar. Bələdiyyə Avtoparkının rəhbəri
Qiqa Calağonia bildirir ki, Şaumyana işləyən avtobus sıradan çıxıb
və əhali nəqliyyatsız qalıb. Ona görə müvəqqəti olaraq
Tsereteli-Saimerlo avtobusu həmin kəndə xidmət göstərir.
Şaumyana işləyən nəqliyyat vasitəsi təmir olunduqdan sonra
Tsereteli-Saimerlo kəndinə
avtobusun hərəkəti bərpa olunacaq.
“Saimerlo sakinlərinə özəl nəqliyyat da xidmət
göstərir, ona görə harada ümumiyyətlə avtobus işləmir, oraya
göndərdik, belə çıxış yolu tapdıq. Şaumyan avtobusu yəqin ki, bir
həftəyə təmir olunacaq”, – Qiqa Calağonia
bildirir.
Marneuli bələdiyyəsinin Saimerlo kəndində özəl şirkət nəqliyyatı
illərdir fəaliyyət göstərir. Onların əksəriyyəti sıradan çıxıb.
Özəl nəqliyyatla gediş haqqı 70 tetri, bələdiyyə nəqliyyatı ilə 40
tetridir.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415